Philips Electronics Nederland B.V., Boschdijk 525, 5621JG, Eindhoven, the Netherlands və ya onun törəmə şirkətləri, yaxud subsidiarları (”Philips”, “bizim”, “biz” və ya “bizə”) sizin Şəxsi Məlumatları necə toplamağımız, istifadə etməyimiz və açıqlamağımızla tanış olmağınızı istəyir. Bu Məxfilik Bildirişi sizin məxfilik praktikalarımızı, o cümlədən hansı Şəxsi Məlumatları toplamağımızı, nə üçün onları toplamağımızı, onlarla nə etdiyimizi və onları necə qoruduğumuzu, o cümlədən fərdi hüquqlarınızı anlamağa kömək etmək üçün nəzərdə tutulub.